​Fransanın baş naziri universitetlərdə başörtüyünün qadağan edilməsini istəyib

​Fransanın baş naziri universitetlərdə başörtüyünün qadağan edilməsini istəyib Baş nazirin dedikləri hökumətdə birmənalı qarşılanmayıb
Digər ölkələr
14 Aprel , 2016 11:17
​Fransanın baş naziri universitetlərdə başörtüyünün qadağan edilməsini istəyib

Bakı. 14 aprel. REPORT.AZ/ "Universitetlərdə baş örtüyünə qadağa tətbiq edilməlidir, ancaq konstitusiya belə bir yasağın qoyulmasını çətinləşdirir". "Report" xəbər verir ki, bunu Fransanın baş naziri Manuel Valls ölkədə çıxan "Liberation" qəzetinə müsahibəsində deyib.

"İslam dünyanın böyük bir dini olmaqla yanaşı, Fransadakı ikinci ən yayğın inancdır. İslamın respublika, demokratiya, qadın və kişi bərabərliyinə, dəyərlərimizə uyğun olduğunu göstərə bilməyimizi istəyirəm",- deyə baş nazir bildirib.

"İndiyədək islamın fransız dəyərlərinə uyğunlaşmadığını demək istəyirsiniz?" - sualını Manuel Valls belə cavablandırıb: "Bəlli adamlar buna inanmaq istəmir. Fransa vətəndaşlarının çoxu buna şübhə ilə yanaşır. Ancaq mən bunu bacaracağımıza inanıram".

Baş nazirin başörtüyünün yasaqlanması haqda dedikləri Fransa hökumətində birmənalı qarşılanmayıb.

Təhsil naziri Najat Vallo-Belkasem universitetlərdə baş örtüyünün qadağan edilməsini dəstəkləmədiyini söyləyib: "Tələbələr din və vicdan azadlığına malikdirlər. Ona görə də onlar istədiklərini edə bilərlər".

Qeyd edək ki, Fransanın keçmiş prezidenti Nikola Sarkozi də baş örtüyünün qadağan olunmasını təklif edib. 

Son xəbərlər

Orphus sistemi