Fransada Yeni il axşamı 1031 avtomobil yandırılıb

Fransada Yeni il axşamı 1031 avtomobil yandırılıb Bakı. 2 yanvar. REPORT.AZ/ Fransada quldurlar Yeni il gecəsi 1031 avtomobili yandırıb.
Digər ölkələr
2 Yanvar , 2018 01:18
Fransada Yeni il axşamı 1031 avtomobil yandırılıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Fransada quldurlar Yeni il gecəsi 1031 avtomobili yandırıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri məlumat yayıb.

Qeyd edilir ki, polis qarışıqlıqların gedişində 510 nəfəri saxlayıb. Həmçinin bildirilir ki, Şampini-syur-Marn şəhərində quldurlar polis patruluna hücum ediblər. Asayiş keşikçiləri hücum edənlərdən 3-ü saxlamağa müvəffəq olublar. Digər cinayətkarların axtarışı davam edir.

Ötən Yeni il gecəsində isə 945 avtomobilə zərər dəymişdi və ya yandırılmışdı. "İz.ru" portalının məlumatına görə, Paris regionunda quldurlar 250-dən çox avtomobili yandırıblar.

Son xəbərlər

Orphus sistemi