Fransada koronavirus qurbanlarının sayı 25 mini ötdü
Digər ölkələr
- 04 may, 2020
- 17:42
Son bir gün ərzində Fransada daha 306 nəfər koronavirusdan ölüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
"Martın 1-dən biz COVID-19-la bağlı 25 201 ölümə ağlayırıq", - rəsmi məlumatda deyilir.
Qeyd edilir ki, 15 826 insan xəstəxanalarda, 9 375 nəfər qocalar evlərində ölüb.
Hazırda xəstəxanalarda 25,5 min nəfər müalicə edilir, son 24 saat ərzində daha 689 pasiyent xəstəxanalara yerləşdirilib. Xəstəxanaların reanimasiya şöbələrində koronavirusa yoluxmuş 3 696 nəfər müalicə edilir.
Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Son xəbərlər
12:56
"Çelsi" Aleks Skott üçün təklifini 105 milyon avroya çatdırıb
Futbol12:53
Xəstəxanada olan Norveç kralının vəziyyəti pisləşib
Digər ölkələr12:50
Vaqif Cavadov: "İnanıram ki, "Tvente" ilə görüşümüz yeni tarix olacaq"
Futbol12:40
"Bavariya"nın futbolçusu Uizdom Mayk "Brügge"yə transfer olunub
Futbol12:24
Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non qrata" elan edib
Digər ölkələr12:23
Foto
Video
Beynəlxalq mediaforumun iştirakçıları Özbəkistanda İmam əl-Buxari kompleksini ziyarət ediblər
Media12:22
Universitetlərin boş qalan plan yerlərinə kimlərin müraciət edə biləcəyi açıqlanıb
Elm və təhsil12:20
Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək
Ekologiya12:18