Fransanın maliyyə naziri seçkilərin nəticələrini prezident koalisiyasının məğlubiyyəti adlandırıb - YENİLƏNİB

Fransanın maliyyə naziri seçkilərin nəticələrini prezident koalisiyasının məğlubiyyəti adlandırıb - YENİLƏNİB Fransada keçirilən parlament seçkilərinin birinci turunda sağçı “Milli Birlik” partiyası və müttəfiq qüvvələr birinci yeri tutub, “Respublika uğrunda Birlikdə” prezident koalisiyası isə yalnız üçüncü yerdə olub.
Digər ölkələr
1 İyul , 2024 11:39
Fransanın maliyyə naziri seçkilərin nəticələrini prezident koalisiyasının məğlubiyyəti adlandırıb - YENİLƏNİB

Fransanın iqtisadiyyat, maliyyə, sənaye naziri Bruno Le Mer növbədənkənar parlament seçkilərinin ilk turunun nəticələrini “Respublika uğrunda Birlikdə” prezident koalisiyası üçün məğlubiyyət hesab edir.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə “France Inter” radiostansiyasının efirində bildirib.

“Bu, düşərgəmiz üçün məğlubiyyətdir. Söhbət tarixi məqamdan, ölkədəki siyasi qüvvələrin yenidən qruplaşmasından gedir”, - o qeyd edib.

Onun fikrincə, elə etmək lazımdır ki, "Milli Birlik" partiyası mütləq çoxluğu əldə edə bilməsin: “Seçicilərimizi “Respublika uğrunda Birlikdə” prezident koalisiyasından namizədlərin ikinci tura keçə bilmədiyi dairələrdə sosial-demokrat düşərgəsinin nümayəndələrinə səs verməyə çağırıram. Mən Sosialist Partiyasından, Kommunist Partiyasından və ekoloqlardan olan namizədləri nəzərdə tuturam”.

10:12

Fransada keçirilən parlament seçkilərinin birinci turunda sağçı “Milli Birlik” partiyası və müttəfiq qüvvələr birinci yeri tutub, “Respublika uğrunda Birlikdə” prezident koalisiyası isə üçüncü olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” qəzeti məlumat yayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, “Milli Birlik” 33,4 faiz, solçu Yeni Xalq Cəbhəsi isə 27,98 faiz səs toplayıb. Fransa Prezidenti Emmanuel Makronun koalisiyası 20,76 faiz səs yığıb.

Son xəbərlər

Orphus sistemi