Fransada “Charlie Hebdo”nun keçmiş redaksiyasına hücum edən şəxs 30 il həbsdə qalacaq

Fransada “Charlie Hebdo”nun keçmiş redaksiyasına hücum edən şəxs 30 il həbsdə qalacaq 2020-ci ildə Parisdə “Charlie Hebdo” satirik jurnalının keçmiş redaksiyası qarşısında insanlara hücum edən pakistanlı miqrant 30 il müddətinə azadlıqdan məhrum olunub.
Digər ölkələr
24 Yanvar , 2025 00:20
Fransada “Charlie Hebdo”nun keçmiş redaksiyasına hücum edən şəxs 30 il həbsdə qalacaq

2020-ci ildə Parisdə “Charlie Hebdo” satirik jurnalının keçmiş redaksiyası qarşısında insanlara hücum edən pakistanlı miqrant 30 il müddətinə azadlıqdan məhrum olunub.

“Report” xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Məlumata görə, 29 yaşlı pakistanlı terror törətməkdə təqsirli bilinib. Hakimlər kollegiyasının sədri, həmçinin onun Fransaya girişinə həmişəlik qadağa qoyulması və terrorçu cinayətkarların məlumat bazasına salınması barədə qərar qəbul edib.

Xatırladaq ki, 2020-ci il sentyabrın 25-də "Charlie Hebdo" keçmiş redaksiyası yaxınlığında "Premier Line" agentliyinin iki əməkdaşı bıçaqlı hücuma məruz qalıb və ağır yaralanıb. Hücum edən şəxs günahını etiraf edib. O, öz hərəkətini jurnalın Məhəmməd peyğəmbərin karikaturalarını dəfələrlə dərc etməsi ilə əsaslandırıb.

İstintaq zamanı Pakistandan olan daha 4 nəfər saxlanılıb. Onlar terror aktı törətməkdə ittiham olunaraq mühakimə olunub və 3 ildən 12 ilədək həbs cəzası alıblar. Onların Fransaya təkrar girişi də qadağan edilib.

Son xəbərlər

Orphus sistemi