Fransada bölgə rəhbəri Makronu kəskin tənqid edib

Fransada bölgə rəhbəri Makronu kəskin tənqid edib Fransa prezidenti Emmanuel Makron Ukraynaya mümkün qoşun göndərilməsi barədə danışarkən dözülməz dərəcədə qeyri-ciddilik nümayiş etdirib.
Digər ölkələr
3 Mart , 2024 13:19
Fransada bölgə rəhbəri Makronu kəskin tənqid edib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya mümkün qoşun göndərilməsi barədə danışarkən dözülməz dərəcədə qeyri-ciddilik nümayiş etdirib.

“Report” xəbər verir ki, bunu Fransanın Overn-Rona-Alplar bölgəsinin rəhbəri Loran Vokye Tribune qəzeti üçün köşə yazısında yazıb.

“Prezident Ukrayna ərazisinə qoşun yeridilməsini xatırladaraq, Fransa və digər Qərb ölkələrinin müharibəyə girməsini nəzərdə tutmaqla, dözülməz qeyri-ciddilik nümayiş etdirdi”, o, nəşrdə yazıb.

Loran Vokye əlavə edib ki, Fransa prezidenti heç bir Avropa və ya Amerika dəstəyi almadan nüvə dövlətinə qarşı təkbaşına çıxış edib.

“Nəticədə Fransanın səsi indi nüfuzdan düşür, çünki təhlükənin ciddi qəbul edilməsi üçün o, ciddi görünməlidir. Fransanın bəyanatları müttəfiqlər tərəfindən dərhal rədd edildikdən sonra Qərbin bütün düşmənlərinə parçalanma və acizlik tamaşası təqdim olundu”.

Son xəbərlər

Orphus sistemi