Fransada bəzi şagirdləri məktəbə buraxmadılar

Fransada bəzi şagirdləri məktəbə buraxmadılar Qış tətilini Çin, Sinqapur, Honkonq, İtaliya və koronavirusa yoluxma hallarının qeydə alındığı digər ölkələrdə keçirmiş şagirdlər bu gün Fransada ilk dərs günü məktəbə buraxılmayıblar.
Digər ölkələr
24 Fevral , 2020 19:06
Fransada bəzi şagirdləri məktəbə buraxmadılar
google.az

Qış tətilini Çin, Sinqapur, Honkonq, İtaliya və koronavirusa yoluxma hallarının qeydə alındığı digər ölkələrdə keçirmiş şagirdlər bu gün Fransada ilk dərs günü məktəbə buraxılmayıblar.

"Report"un yerli bürosu xəbər verir ki, Fransa Təhsil Nazirliyinin tapşırığına əsasən, həmin şagirdlər 14 gün dərslərdə iştirak edə bilməyəcəklər.

Onların valideynlərinə 14 gün ərzində uşaqları ciddi nəzarətdə saxlamaq, yaşlı insanlardan kənar tutmaq, kinoteatr və bu kimi vacib olmayan yerlərə getmələrinə icazə verməmək, tibbi maskalardan istifadə etmələrinə diqqət yetirmək tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi