Floridada təhlükəli Afrika ilbizinə görə karantin elan edilib

Floridada təhlükəli Afrika ilbizinə görə karantin elan edilib ABŞ-ın Florida ştatının Kənd Təsərrüfatı və İnsan Xidmətləri Departamenti təhlükəli ilbizin aşkarlanması ilə əlaqədar karantin elan edib.
Digər ölkələr
7 İyul , 2022 08:12
Floridada təhlükəli Afrika ilbizinə görə karantin elan edilib

ABŞ-ın Florida ştatının Kənd Təsərrüfatı və İnsan Xidmətləri Departamenti təhlükəli ilbizin aşkarlanması ilə əlaqədar karantin elan edib.

“Report”un məlumatına görə, bu barədə “New York Post” məlumat yayıb.

Pasko dairəsinin sakinləri şəhərin küçələrində həm insanlara, həm də vəhşi təbiətə zərər verə biləcək nəhəng Afrika quru ilbizi aşkar ediblər. Heyvan insanlarda menengitə səbəb ola bilən siçovul ağciyər qurdunun daşıyıcısıdır.

İdarədən bildirilib ki, mütəxəssislər əraziyə baxış keçirir və zəhərli yem çiləyirlər.

Mənbənin sözlərinə görə, ilbizlər ilk dəfə 1969-cu ildə aşkar edilib, 1975-ci ilə qədər isə məhv edilib. 2011-ci ildə elm adamları yenidən zərərvericilərlə qarşılaşıblar, lakin onları tamamilə məhv etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi