Floridada 8 nəfərin öldüyü qocalar evinin fəaliyyətinə xitam verilib

Digər ölkələr
  • 15 sentyabr, 2017
  • 04:36
Floridada 8 nəfərin öldüyü qocalar evinin fəaliyyətinə xitam verilib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Florida ştatının Hollivud şəhərində 8 nəfərin öldüyü qocalar evinin fəaliyyətinə xitam verilib.

"Report" xəbər verir ki, bu barədə ştatın qubernatoru Rik Skottun bəyanatında deyilir.

Sənəddə həmçinin qeyd olunur ki, müəssisə rəhbərliyi yaşlı insanların həyatı üçün məsuliyyət daşıyıb, lakin onların təhlükəsizliyini təmin edə bilməyib.

Hazırda qocalar evinin rəhbərliyi barəsində cinayət araşdırması aparılır.

44 filmi