Finlandiya Prezidenti: Ukraynada sülhə nail olmağın yeganə yolu döyüş meydanındadır

Finlandiya Prezidenti: Ukraynada sülhə nail olmağın yeganə yolu döyüş meydanındadır Ukraynada sülhə nail olmağın yeganə yolu döyüş meydanındadır.
Digər ölkələr
8 aprel 2024 06:59
Finlandiya Prezidenti: Ukraynada sülhə nail olmağın yeganə yolu döyüş meydanındadır

Ukraynada sülhə nail olmağın yeganə yolu döyüş meydanındadır.

“Report” CNN-ə istinadən xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.

Onun sözlərinə görə, Kremlin başa düşdüyü yeganə şey gücdür: “Mən uzun illərdir ki, sülh vasitəçiliyi ilə məşğul oluram. Əlbəttə, vasitəçilikdə hər şey dialoqdan başlayır. Amma, məncə, indi sülhün yeganə yolu döyüş meydanındadır”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələ ki Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir.

Son xəbərlər

Orphus sistemi