Filippində üsyançılarla atışmada 11 hərbçi yaralanıb
- 27 dekabr, 2018
- 03:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 dekabr. REPORT.AZ/ Filippinin Monkayo şəhərində əldəqayırma qurğunun partlaması və üsyançılarla atışma nəticəsində azı 11 hərbçi yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "Sinhua" məlumat yayıb.
Filippin Silahlı Qüvvələri nümayəndəsinin bildirdiyinə görə, 25-ci piyada batalyonu və kəşfiyyat qruplarının bölmələri "Yeni xalq ordusu" adlı qruplaşma yaraqlılarının Monkayo yaşayış məntəqəsində olması barədə məlumat aldıqdan sonra, orada əməliyyata başlayıblar.
"Əldəqayırma qurğunun partlamasının ardından 20 dəqiqə atışma olub ki, bu da 11 hərbçinin yaralanmasına gətirib çıxarıb. Üsyançılar həmçinin qeyri-müəyyən sayda itki veriblər ki, bu da onların geri çəkilən zaman yerdə qalan qan izlərindən məlum olub", - deyə o bildirib.