Filippinin Xolo şəhərində baş verən dalbadal iki partlayışda ölənlərin sayı 13-ə, yaralananların sayı isə 76-ya çatıb.
“Report” “Rappler”ə istinadən xəbər verir ki, ölənlərin 7-si hərbi qulluqçudur.
Məlumata görə, yaralananlardan 9-u polis, 19-u hərbçi, 48-i isə dinc sakindir.
Filippinin Xolo şəhərində baş verən dalbadal iki partlayış nəticəsində 9 nəfər ölüb, 17 nəfər isə yaralanıb.
“Report” xəbər verir ki, bu barədə ABS-CBN media qrupunun “Twitter” səhifəsində bildirilib.
“Inquirer” nəşrinin məlumatına görə, ölənlərin 4-ü hərbi qulluqçudur.
Filippinin cənubundakı Sulu əyalətinin Xolo şəhərində iki partlayış baş verib.
“Report” CNN-in yerli bürosuna istinadən xəbər verir ki, partlayışlardan biri “Paradise Food Shop” ticarət mərkəzində olub.
Bildirilib ki, partlayışlardan birincisi yerli vaxtla saat 11:53-də, ikincisi isə 13:00-da baş verib.
ABS-CBN-in məlumatına görə, azı 5 nəfər həlak olub, 4 nəfər yaralanıb.
Hadisə yerinə güc strukturlarının nümayəndələri cəlb olunub.