Filippində böğaza yanacaq töküldü, 400-dən çox insan təxliyə edildi
- 06 iyul, 2020
- 07:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Filippində Panay və Gimaras adaları arasındakı İloilo boğazına, təxminən, 250 min litr yanacaq töküldükdən sonra 400-dən çox insan təxliyə edilib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Inquirer” nəşri məlumat yayıb.
Daha əvvəl “AC Energy Corp” şirkətinə məxsus üzən elektrik stansiyasında baş verən partlayış nəticəsində yanacağın suya töküldüyü bildirilmişdi. Stansiyanın korpusunda bir metr diametrli dəlik əmələ gəlib. Səlahiyyətlilər partlayışın səbəbini araşdırır. Partlayış zamanı heç kim xəsarət almayıb.
Nəşrin məlumatına görə, bazar günü su səthindən təxminən 179 min litr yanacaq toplamaq mümkün olub.
İloilo sahil mühafizəsinin rəisi bildirib ki, suyun yanacaqdan təmizlənməsi azı iki həftə çəkəcək.