Yuxarı

Filadelfiyada Demokratlar Partiyasının qurultayının açılışından əvvəl etiraz aksiyası keçirilib

Nümayiş Vermont ştatından olan müstəqil senator Berni Sandersin tərəfdarları tərəfindən təşkil edilib

Bakı. 25 iyul. REPORT.AZ/ Filadelfiyada ABŞ-ın Demokratlar Partiyasının qurultayının açılışından əvvəl etiraz aksiyası keçirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, nümayiş Vermont ştatının senatoru, demokratlar tərəfindən ABŞ prezidentliyinə namizəd olmaq üçün mübarizədə ilkin seçimlərdə Hillari Klintona uduzan Berni Sandersin tərəfdarları tərəfindən təşkil edilib.

Şəhər meriyasının binası qarşısındakı meydana toplaşan yüzlərlə insan H.Klintonun namizədliyinə etiraz edib.

ABŞ Demokratlar Partiyasından prezidentliyə namizədin rəsmən seçiləcəyi partiyanın qurultayı iyulun 25-dən 28-dək keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi