Ferqusonda polis zabitlərinə atəş açmaqda şübhəli bilinən şəxs həbs edilib

Ferqusonda polis zabitlərinə atəş açmaqda şübhəli bilinən şəxs həbs edilib 20 yaşlı gəncin atəş açan zaman polisi hədəf alıb-almadığı hələlik aydın deyil
Digər ölkələr
16 Mart , 2015 00:10
Ferqusonda polis zabitlərinə atəş açmaqda şübhəli bilinən şəxs həbs edilib

Bakı. 16 mart. REPORT.AZ/ ABŞ-ın Ferquson şəhəri ətrfaında Sent Luis qəsəbəsində keçən həftə polis idarəsinin qarşısında iki zabiti güllə ilə vurmaqda şübhəli bilinən şəxs həbs edilib. "Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, atışma şəhər polis idarəsinin rəisinin istefasından bir neçə saat sonra baş verib.

Atışma zamanı bir güllə bir polis zabiti çiyninə, o biri isə ikinci polisin üzünə dəyib.

Sent Luis şəhərciyinin baş prokuroru Robert Makkullok deyib ki, 20 yaşlı gəncin atəş açan zaman polisi hədəf alıb-almadığı hələlik aydın deyil. Prokuror həbs edilmiş şəxsə qarşı birinci dərəcəli hücum ittihamı irəli sürüləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi