Fələstin BMT TŞ-ni İsrailin yeni hökuməti ilə fərqli davranmağa çağırıb

Fələstin BMT TŞ-ni İsrailin yeni hökuməti ilə fərqli davranmağa çağırıb Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mansur BMT Təhlükəsizlik Şurasını Fələstin xalqını qorumaq üçün İsrailin yeni hökuməti ilə fərqli şəkildə davranmağa çağırıb
Digər ölkələr
29 Noyabr , 2022 03:48
Fələstin BMT TŞ-ni İsrailin yeni hökuməti ilə fərqli davranmağa çağırıb

Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mansur BMT Təhlükəsizlik Şurasını Fələstin xalqını qorumaq üçün İsrailin yeni hökuməti ilə fərqli şəkildə davranmağa çağırıb.

“Report”un yerli bürosu xəbər verir ki, o, İsrailin yeni hökumətini “faşist” adlandırıb.

R.Mansur BMT-nin Nyu-Yorkdakı baş qərargahında jurnalistlərə açıqlamasında deyib ki, bazar ertəsi günündən keçmiş baş nazir Binyamin Netanyahunun rəhbərlik edəcəyi gözlənilən yeni İsrail hökumətinin Fələstin xalqına qarşı hücumları artacaq:

“Biz çox təhlükəli vəziyyətdəyik və pisdən daha da pisə doğru gedəcəyik. İsrail tərəfində kabinet postlarını tutanların hamısı faşistlər olacaq”.

R. Mansur Netanyahu hökuməti ilə hələlik heç bir müzakirə aparılmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi