Fələstin BMT Baş Assambleyanın təcili sessiyasının keçirilməsini istəyib

Fələstin BMT Baş Assambleyanın təcili sessiyasının keçirilməsini istəyib BMT BA üzvlərinin müzakirəsinə yaxın həftələrdə səsverməsi keçiriləcək qətnamə layihəsi çıxarılacaq
Digər ölkələr
19 Dekabr , 2017 11:34
Fələstin BMT Baş Assambleyanın təcili sessiyasının keçirilməsini istəyib

Bakı. 19 dekabr. REPORT.AZ / Qüdsün İsrailin paytaxtı kimi qəbul edilməsi qərarına qarşı BMT Təhlükəsizlik Şurasında qətnamənin qəbul edilməsi rəsmi Vaşınqton tərəfindən bloklanmasından sonra Fələstin BMT Baş Assambleyasının xüsusi təcili sessiyasının keçirilməsini istəyib. Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

BMT Baş Assambleyasının üzvlərinin müzakirəsinə qətnamə layihəsi çıxarılacaq. Baş Assambleyanın yaxın həftələrdə sənəd üzrə səsvermə keçirəcəyi gözlənilir.

Dekabrın əvvəlində ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı olduğunu qəbul edib və ölkəsinin səfirliyini bu şəhərə köçürülməsi ilə bağlı göstəriş verib. Bu qərarı bir çox islam və Avropa ölkələri pisləyib.

Son xəbərlər

Orphus sistemi