Yuxarı
    Bağlamaq

    Ermənistan vətəndaşı Kremldə terror aktı haqqında yalan məlumat verdiyinə görə cərimə olunub

    Soçi şəhər məhkəməsi Ermənistan vətəndaşını Kremldə hazırlanan partlayış haqqında yalan məlumat verdiyinə görə 20 min rubl cərimələyib

    Bakı. 21 aprel. REPORT.AZ/ Soçi şəhər məhkəməsi Ermənistan vətəndaşı Aşot Arakelyanı  Kremldə hazırlanan partlayış haqqında polisə yalan məlumat verdiyinə görə 20 min rubl cərimə edib. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

    Bu əməlinə görə 37 yaşlı Arakelyan bir neçə ay həbsdə olub.  Həmin bu insident yanvarın 15-də baş verib. 

    "Məhkəmədə müəyyən olunub ki, Rusiya Federasiyasının ərazisində qanunsuz yaşayan Arakelyan özünə diqqət çəkmək niyyətilə növbətçi hissəyə zəng vurub və Kremldə hazırlanan partlayış haqqında bilərəkdən yalan məlumat verib", - Krasnodar vilayət prokurorluğunun məlumatında bildirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi