ABŞ təlimatçıları Ermənistana gəlib

Digər ölkələr
  • 01 aprel, 2024
  • 11:34
ABŞ təlimatçıları Ermənistana gəlib

ABŞ-dən olan bir qrup mobil təlimatçı Ermənistan hərbçiləri ilə ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparmaq üçün Ermənistana gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, səfər Ermənistan-ABŞ müdafiə əməkdaşlığı çərçivəsində planlaşdırılıb: “Amerikalılar aprelin 1-dən 5-dək Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin və “Zinuj Media” dövlət qurumunun əməkdaşları ilə Müdafiə Nazirliyinin inzibati kompleksində təlim prosesi keçirəcəklər”.

44 - Tezliklə