Ərdoğan və Tramp arasında telefon danışığı oldu

Ərdoğan və Tramp arasında telefon danışığı oldu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Digər ölkələr
28 Fevral , 2020 21:40
Ərdoğan və Tramp arasında telefon danışığı oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, dövlət başçıları Suriyada yaranan vəziyyəti müzakirə ediblər.

Türkiyə prezidenti administrasiyasının yaydığı məlumata görə, danışığın gedişatında ikitərəfli məsələlər, həmçinin regional mövzular, o cümlədən İdlibdəki son hadisələr müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyənin İdlibi Suriya prezidenti Bəşşar Əsədə məxsus qüvvələrdən təmizləmək qətiyyətini təsdiq edib. Hər iki lider yaxın vaxtlarda İdlibdə böyük humanitar faciənin qarşısının alınması üçün əlavə addımların atılması təşəbbüsünü razılaşdırıb. 

Son xəbərlər

Orphus sistemi