Əlcəzairdə avtobus və yük maşınının toqquşması nəticəsində 6 nəfər ölüb

Digər ölkələr
  • 11 avqust, 2023
  • 19:31
Əlcəzairdə avtobus və yük maşınının toqquşması nəticəsində 6 nəfər ölüb

Əlcəzairin şimalındakı Celfa əyalətində yük maşını ilə avtobusun toqquşması sonucunda 6 nəfər ölüb, 9 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Əlcəzairin Mülki Müdafiə İdarəsi məlumat yayıb.

Məlumata görə, qəza Ayn-Usera şəhəri yaxınlığında baş verib. Hadisə yerinə xilasedicilər və təcili yardım maşınları cəlb olunub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qəzanın səbəbləri barədə məlumat verilməyib.