Ekvador həbsxanasında qiyam və toqquşmalarda ölənlərin sayı 68 nəfərə çatıb

Ekvador həbsxanasında qiyam və toqquşmalarda ölənlərin sayı 68 nəfərə çatıb Ekvadorun qərbindəki Quayakil şəhərindəki həbsxanada baş verən qiyam və toqquşmalar zamanı həlak olanların sayı 68 nəfərə çatıb.
Digər ölkələr
14 Noyabr , 2021 10:38
Ekvador həbsxanasında qiyam və toqquşmalarda ölənlərin sayı 68 nəfərə çatıb

Ekvadorun qərbindəki Quayakil şəhərindəki həbsxanada baş verən qiyam və toqquşmalar zamanı həlak olanların sayı 68 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, toqquşmalar zamanı daha 12 nəfər xəsarət alıb.

Həbsxanaya polis, hərbçilər cəlb edilib. Cəzaçəkmə müəssisəsində aparılan axtarışlar zamanı xeyli sayda silah, kəsici alət aşkarlanıb. Yerli media bildirib ki, toqquşmaya səbəb həbsxanadakı qruplar arasında rəhbərlik uğrunda mübarizə olub.

Qeyd edək ki, həbsxanada qiyam və toqquşlamar cümə günü axşam saatlarında başlayıb.

Bu, həmin həbsxanada baş verən ilk qanlı hadisə deyil. Sentyabrın 28-də cəzaçəkmə müəssisəsində müxtəlif cinayətkar qrupların nümayəndələri arasında toqquşma baş verib. Rəsmi məlumata görə, iğtişaşlar zamanı 119 məhbus öldürülüb.

Ekvador Prezidenti Qilyermo Lasso ölkənin penitensiar sistemində 60 gün müddətinə fövqəladə vəziyyət elan edib.

Son xəbərlər

Orphus sistemi