Əfqanıstanın cənubunda baş verən partlayış nəticəsində 5 nəfər həlak olub, 40 nəfər yaralanıb

Əfqanıstanın cənubunda baş verən partlayış nəticəsində 5 nəfər həlak olub, 40 nəfər yaralanıb Partlayış polis bölməsinin yaxınlığında baş verib
Digər ölkələr
23 Avqust , 2017 12:03
Əfqanıstanın cənubunda baş verən partlayış nəticəsində 5 nəfər həlak olub, 40 nəfər yaralanıb

Bakı. 23 avqust. REPORT.AZ/ Əfqanıstanın cənubunda yerləşən Ləşkərgah şəhərində terrorçu-kamikadzenin hücumu nəticəsində 5 nəfər həlak olub, 40 nəfər yaralanıb.

"Report" "ToloNews"a istinadən xəbər verir ki, yerli hökumət orqanları ölənlər arasında 2 hərbçinin olduğunu bildirib.

Partlayış polis bölməsinin yaxınlığında baş verib. Partlayışdan daha çox hadisə yerinin yaxınlığında yerləşən mədrəsənin tələbələri zərər çəkiblər.

Eyni zamanda, partlayış bir sıra hərbi texnikaya da ciddi ziyan vurub. Belə ki, partlayış anında texnika bölməyə qayıdırmış.

Partlayışa görə məsuliyyəti "Taliban" qruplaşması üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi