Əfqanıstanda taliblərin hücümü nəticəsində 43 polis ölüb

Əfqanıstanda taliblərin hücümü nəticəsində 43 polis ölüb Daha 10 hüquq mühafizə orqanı əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb
Digər ölkələr
11 May , 2018 15:54
Əfqanıstanda taliblərin hücümü nəticəsində 43 polis ölüb
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ Əfqanıstanda radikal "Taliban" hərəkatının yaraqlıları tərəfindən polis məntəqəsinə və bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində azı 43 polis məmuru ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Ariana" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.

Telekanalın məlumatına görə, taliblər cümə axşamına keçən gecə Fərah şəhərində polis məntəqəsinə və bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Yaraqlılar məntəqənin binasını ələ keçiriblər və silah-sursatlarını ələ keçirməyə müvəffəq olublar. Ancaq sonradan hökumət qüvvələri obyekt üzərində nəzarəti ələ keçiriblər.

Silahlı toqquşmalar nəticəsində daha 10 hüquq mühafizə orqanı əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi