Əfqanıstanda "Taliban"ın 53 terrorçusu öldürülüb
Digər ölkələr
- 16 avqust, 2016
- 10:45
Bakı. 16 avqust. REPORT.AZ/ Əfqanıstan ordusu ölkənin qərbində yerləşən Baqdis vilayətində "Taliban" terrorçularının hücumunun qarşısını alıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Balamurqab əyalətinin başçısı Əhməd Ziya Akazay bildirib.
Onun sözlərinə görə, əməliyyat zamanı 53 yaraqlı öldürülüb: "Ötən gecə "Taliban" hərəkatının yüzlərlə yaraqlısı Balamurqabda strateji əhəmiyyətli rayonu ələ keçirmək üçün kütləvi, koordinasiyalı hücuma keçib. Xoşbəxtlikdən bir neçə saat davam edən hücumun qarşısı alınıb və yaraqlılar dağlara qaçıblar".
Öldürülənlər arasında həmçinin taliblərin komandirlərindən biri olan Kari Ahsanulla da var. Bundan əlavə, bir neçə saat davam edən atışma zamanı 50-dən çox yaraqlı yaralanıb.
Son xəbərlər
01:13
Aleksandar Vuçiç vəzifəsindən istefa verəcəyi dəqiq tarixi açıqlayıb
Digər ölkələr00:42
Komorun Sərhəd Xidməti 116 qanunsuz miqrantı daşıyan gəmini saxlayıb
Digər ölkələr00:14
Ermənistanın Qarabağ reaksiyası sülh prosesində etimad problemini aktuallaşdırıb - ŞƏRH
Analitika00:00
Azərbaycanda Bilik Günüdür
Elm və təhsil00:00
Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
Daxili siyasət23:46
SEPAH: Hörmüz boğazında neft tankeri partlayıb
Region23:33
AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir
Digər ölkələr23:16
Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 1 613 şübhəli saxlanılıb
Region22:59
Foto