Əfqanıstanda qadınlar aksiya keçirirlər

Əfqanıstanda qadınlar aksiya keçirirlər “Taliban”ın nümayəndəsi Məsuminin ölümünün onlarla bağlı olmadığını bəyan edib.
Digər ölkələr
8 Sentyabr , 2021 12:44
Əfqanıstanda qadınlar aksiya keçirirlər

Kabildə ölkənin qadın sakinləri yenidən aksiya keçirirlər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə nümayiş iştirakçılarından biri bildirib.

Onun sözlərinə görə, nümayişçilər Qor vilayətinin həbsxana işçiləri tərəfindən öldürülmüş 8 aylıq hamilə qadın - Neqar Məsuminin portretinin əks olunduğu plakatlar qaldırıblar.

“Taliban”ın nümayəndəsi Məsuminin ölümünün onlarla bağlı olmadığını bəyan edib.

Yürüş iştirakçıları ölkənin idarə olunmasında qadınların iştirakının təmin olunmasını tələb edirlər.

Nümayiş iştirakçısı “talibançı”ların yürüşə mane olmağa çalışdıqlarını bildirib. Etirazçılara qarşı güc tətbiq edilməsi barədə məlumat verilmir.

Qeyd edək ki, bu, əfqanların yeni hakimiyyətin yürütdüyü siyasətə etiraz etdiyi ilk nümayiş deyil.

Son xəbərlər

Orphus sistemi