Yuxarı

​Əfqanıstanda avtobus qəzası nəticəsində 43 nəfər ölüb

Yük avtomobili ilə toqquşması nəticəsində avtobus dərəyə yuvarlanıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Əfqanıstanda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 43 nəfər həyatını itirib, bir neçə sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Report "France Presse"yə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, avtobus Əfqanıstan paytaxtı Kabuldan Məzari-Şərif şəhərinə hərəkət edirmiş. Avtobusda 50 sərnişin olub.

Xəbərdə bildirilib ki, yük avtomobili ilə toqquşması nəticəsində avtobus dərəyə yuvarlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi