Əfqanıstanda ABŞ əsgərləri öldürüldü

Əfqanıstanda ABŞ əsgərləri öldürüldü Əfqanıstanın Nanqarhar əyalətində silahlı hücum zamanı azı 5 ABŞ əsgəri həlak olub.
Digər ölkələr
9 Fevral , 2020 04:12
Əfqanıstanda ABŞ əsgərləri öldürüldü

Əfqanıstanın Nanqarhar əyalətində silahlı hücum zamanı azı 5 ABŞ əsgəri həlak olub.

“Report” xəbər verir ki, bu barədə “New York Times” mənbəyə istinadən məlumat yayıb. 

Əfqan mənbələri öldürülən ABŞ əsgərlərinin sayının 5 və ya 6 olduğunu açıqlayıblar. Bildirilir ki, hücum zamanı həmçinin 6 Əfqanıstan hərbçisi həlak olub.

ABŞ-ın Silahlı Qüvvələrinin nümayəndəsi isə bildirib ki, Birləşmiş Ştatların azı 6 əsgəri hücuma məruz qalıb. Lakin o, öldürülənlərin olub-olmadığını dəqiqləşdirməyib. 

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Əfqanıstanın Nanqarhar əyalətində əməliyyat keçirən birləşmiş hərbi qüvvələrinin atəşə məruz qalması barədə məlumat yayılıb. Məlumata görə, hadisə fevralın 8-də baş verib. Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. 

Son xəbərlər

Orphus sistemi