Əfqanıstan hökumət başçısının ikinci müavini vəzifəsini tərk etmək istəməyib
- 30 yanvar, 2019
- 08:44
Bakı. 30 yanvar. REPORT.AZ/ Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni tərəfindən yanvarın 24-də istefaya göndərilən hökumətinin ikinci icraçı başçısı Hacı Məhəmməd Möhəkik vəzifəsini təhvil verməkdən imtina edib.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, o, vəzifədən çıxarılmasına səbəb Prezidentin keçmiş daxili işlər naziri Məhəmməd Hənif Atmarla bir blokda ikinci vitse-prezidentliyə qeydiyyatdan keçməsi olub.
M.Möhəkik razılaşmaya əsasən, milli uzlaşma hökluməti iş başında qaldıqca vəzifəsində qalmaq niyyətində olduğunu söyləyib.
Qeyd edək ki, seçki qanununa əsasən, har hansı dövlət vəzifəsinə namizədliyini irəli sürməzdən əvvəl nazir və nazir müavini, müşavir, əyalət valisi də daxil olmaqla bir sıra vəzifələrdə çalışan şəxslər işdən çıxmalıdır.