Əcnəbilər üçün ən bahalı şəhər hansıdır?

Əcnəbilər üçün ən bahalı şəhər hansıdır? Honkonq əcnəbi mütəxəssislər, başqa sözlə desək, ekspatlar üçün dünyanın ən bahalı şəhərləri siyahısında başçılıq edib.
Digər ölkələr
16 Dekabr , 2020 10:38
Əcnəbilər üçün ən bahalı şəhər hansıdır?

Honkonq əcnəbi mütəxəssislər, başqa sözlə desək, ekspatlar üçün dünyanın ən bahalı şəhərləri siyahısında başçılıq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “ECA International” konsaltinq agentliyi tərəfindən təqdim olunan illik hesabatda deyilir.

Buna əsas səbəb kimi bu meqapolisdə yaşayış yerlərinin son dərəcə bahalı olması göstərilir.

“Top-10”da həmçinin Tokio, Nyu-York, Cenevrə, Sürix, London, Təl-Əviv, Seul, San-Fransisko və Yokohama şəhərləri yer alıb.

Bundan əlavə, ən bahalı iyirmi şəhər arasında Çinin materik hissəsindən dörd meqapolis – Şanxay (11-ci yer), Quançjou (15), Şençjen (17) və Pekin (18) də var.

“ECA International” cari hesabatında valyuta məzənnələrinin tərəddüdləri nəzərə alınmaqla sıravi əcnəbinin əldə edə biləcəyi mal və xidmətlərdən ibarət istehlak səbətinin (kommunal xidmətlər də daxil olmaqla) xərclərini müqayisə edib.

Son xəbərlər

Orphus sistemi