Dünyanın ən böyük köçü başlayıb

Dünyanın ən böyük köçü başlayıb 40 günlük istirahət günündə ölkəyə 2 milyard 800 milyon insanın gəlməsi gözlənilir
Digər ölkələr
16 Fevral , 2015 17:06
Dünyanın ən böyük köçü başlayıb

Bakı. 16 fevral. REPORT.AZ/ Çində yüz milyonlarla insanın Bahar Bayramını (Çuncie) qeyd etmək üçün işlədikləri rayonlardan öz ata-baba torpaqlarına qayıtması "dünyanın ən böyük köçü"nə səbəb olub. "Report" bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Belə ki, ənənəvi ay təqviminə görə hər il fevralın 19-da ölkədə yeni il qeyd edilir. Çinlilər həmin gün "ilan ili"ni geridə qoyaraq "qoyun ili"nə girəcəklər. 40 günlük istirahət günündə isə ölkəyə 2 milyard 800 milyon insanın gəlməsi gözlənilir. Eyni zamanda, hər il bu vaxt ölkə daxili səyahətlərin sayı əvvəlki ilə nisbətən təxminən 200 milyon artır. Dünyada əhalisinin çox olmasına görə tanınan Çində bayram ərəfəsində ölkə vətəndaşları qohumlarını ziyarət etmək üçün bütün işlərini buraxıb vətənlərinə köç edirlər.

1 milyard 350 milyonluq əhaliyə sahib olan Çində qatar ən çox ehtiyac duyulan sərnişindaşıma vasitəsidir. Bu səbəbdən ölkənin dəmiryoluna nəzarət edən qurumun yaydığı bəyanatda bildirilir ki, bayramla əlaqəli ölkəyə qatarla səyahət edənlərin sayı əvvəlki ilə nisbətən 10 faiz artaraq 289 milyona çatacaq.

Bundan başqa, "böyük köç"də təyyarə səfəri edənlərin sayında ötən ilə nisbətən 8 faiz artım olub. Həmçinin Çinin ən böyük şəhərlərindən 22 milyonluq əhalisi olan Şanxayda isə 5 milyon 100 min insanın da qatarla səyahət etməsi gözlənilir.

Xatırladaq ki, Çində rəsmi Bahar Bayramı tətili fevralın 18-də başlayacaq və 7 gün davam edəcək. 

Son xəbərlər

Orphus sistemi