Dünyada koronavirusdan ölənlərin sayı 270 000-i ötdü

Dünyada koronavirusdan ölənlərin sayı 270 000-i ötdü Dünyada koronavirusdan ölənlərin sayı 270 740 nəfərə çatıb.
Digər ölkələr
168
8 May , 2020 09:26
Dünyada koronavirusdan ölənlərin sayı 270 000-i ötdü
0 : 00
0 : 00

Dünyada koronavirusdan ölənlərin sayı 270 740 nəfərə çatıb.

“Report” xəbər verir ki, virusdan ən çox ölüm hadisəsi ABŞ (75 670), Böyük Britaniya (30 615) və İtaliya (29 958) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınan yoluxma hallarının sayı isə 3 917 000-i ötüb.

Son 6 gündə pandemiya qurbanlarının sayı 30 000-dən çox olub.

Qeyd edək ki, Azərbaycanda COVID-19-dan ölənlərin sayı 28 nəfərdir. Ölkəmizdə indiyədək 2 204 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 1 551 nəfər sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Orphus sistemi