İtaliyada pandemiya qurbanlarının sayı 30 minə çatır

İtaliyada pandemiya qurbanlarının sayı 30 minə çatır İtaliyada son bir gün ərzində daha 274 nəfər koronavirusdan ölüb.
Digər ölkələr
7 May , 2020 20:41
İtaliyada pandemiya qurbanlarının sayı 30 minə çatır

İtaliyada son bir gün ərzində daha 274 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 29 958 nəfərə çatıb.

Məlumata görə, İtaliyada daha 1 401 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 215 858-ə yüksəlib.

Bundan başqa, ölkədə indiyədək 96 276 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb. 

Son xəbərlər

Orphus sistemi