Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq

Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq Kanada hakimiyyəti Ukrayna ərazisində pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün Kiyevə 3 milyon Kanada dolları (2,1 milyon dollar) ayıracaq.
Digər ölkələr
27 Aprel , 2024 04:48
Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq

Kanada hakimiyyəti Ukrayna ərazisində pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün Kiyevə 3 milyon Kanada dolları (2,1 milyon dollar) ayıracaq.

"Report"un məlumatına görə, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bleyer bildirib.

"Kanada Ukraynaya PUA istehsalı üçün 3 milyon dollar ayırır. Bu, Kanadanın Ukraynada hərbi pilotsuz uçan aparatların istehsalına birbaşa töhfə verdiyi ilk hadisədir", - nazir deyib.

Bundan əlavə, Kanada Çexiyanın təşəbbüsü çərçivəsində Ukrayna silahlı qüvvələri üçün sursat almaq üçün 13 milyon dollar (9,5 milyon ABŞ dolları) ayıracaq.

Son xəbərlər

Orphus sistemi