ABŞ-da koronavirus qurbanlarının sayı 75 mini ötdü

ABŞ-da koronavirus qurbanlarının sayı 75 mini ötdü ABŞ-da koronavirusa yoluxma hallarının sayı 1 245 622 təşkil edir.
Digər ölkələr
8 May , 2020 00:45
ABŞ-da koronavirus qurbanlarının sayı 75 mini ötdü

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 1 245 622 təşkil edir.

“Report” xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanları, KİV və başqa mənbələrlə hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, Birləşmiş Ştatlarda 75 054 nəfər koronavirusdan ölüb. Ölkədə virusa yoluxmuş təxminən 190 min nəfər sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi