DPA: Şolts Bundestaqa seçkilərdən əvvəl Trampla görüşmək niyyətindədir

DPA: Şolts Bundestaqa seçkilərdən əvvəl Trampla görüşmək niyyətindədir Almaniya Kansleri Olaf Şolts fevralın 23-nə təyin edilmiş federal seçkilər öncəsi yanvarın 20-də andiçmə mərasimi olacaq ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla görüşmək niyyətindədir.
Digər ölkələr
December 17, 2024 16:33
DPA: Şolts Bundestaqa seçkilərdən əvvəl Trampla görüşmək niyyətindədir

Almaniya Kansleri Olaf Şolts fevralın 23-nə təyin edilmiş federal seçkilər öncəsi ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla görüşmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə DPA agentliyi Almaniyanın hökumət dairələrindəki mənbələrə istinadən yazıb.

Məlumata görə, Şolts Trampın noyabr seçkilərində qələbə qazanmasından sonra onunla ilk telefon danışığı zamanı amerikalı siyasətçiyə vəzifəsinin icrasına başlayandan dərhal sonra onunla görüşmək arzusunu ifadə edib. “Bunun baş tutması mümkündür”, - DPA qeyd edir.

Şolts hələlik Trampın andiçmə mərasiminə dəvət edilməyib. Daha əvvəl CNN telekanalı mənbələrə istinadən Trampın inauqurasiya mərasimi üçün Argentina Prezidenti Xavyer Miley, İtaliya Baş naziri Corco Meloni və Salvador Prezidenti Nayib Bukele də daxil olmaqla, xarici liderlərə dəvət göndərdiyini xəbər vermişdi.

“CBS News” telekanalının məlumatına görə, ÇXR sədri Si Cinpin də dəvət alıb.

Son xəbərlər

Orphus sistemi