Dövlət katibi: "Vaşinqtonla Paris Çinin dominantlığına imkan verməyəcək"

Dövlət katibi: "Vaşinqtonla Paris Çinin dominantlığına imkan verməyəcək" “Vaşinqton və Paris Çinə dünyada dominant rol oynamağa icazə verməyəcək”.
Digər ölkələr
26 İyun , 2021 10:13
Dövlət katibi: Vaşinqtonla Paris Çinin dominantlığına imkan verməyəcək
Entoni Blinken

“Vaşinqton və Paris Çinə dünyada dominant rol oynamağa icazə verməyəcək”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken “The New York Times”a müsahibəsində bildirib.

O, iyunun 25-də Fransa prezidenti Emmanuel Makronla görüşüb. Görüşdən sonra bildirib ki, Vaşinqton və Paris bir dalğada fəaliyyət göstərir:

“Çinin başçılığı ilə dünyada düzənin qurulmasına gəldikdə isə ABŞ və Fransa buna icazə verməyəcək”.

Bununla belə, o qeyd edib ki, ABŞ Çini tutub saxlamağa və ya onu geri atmağa cəhd göstərmir.

“Prezident Makronun eyni şəkildə düşündüyünü və praktik nəticələr əldə edilməsinin vacibliyinə diqqət yetirdiyini gördüm”, - Entoni Blinken bildirib.

Onun sözlərinə görə, hazırda ABŞ və Fransa pandemiya və Çinin artan təsirləri fonunda əməkdaşlığı əlaqələndirib, birlikdə fəaliyyət göstərməlidir.

Bir müddət əvvəl Avropa İttifaqı ilə ABŞ Çinə münasibətdə öz fəaliyyətlərini əlaqələndirməyə dair razılıq əldə ediblər.

Son xəbərlər

Orphus sistemi