Dövlət Departamenti: Putinin Kim Çen Ina hədiyyəsi BMT TŞ-nın sanksiyalarını pozur

Dövlət Departamenti: Putinin Kim Çen Ina hədiyyəsi BMT TŞ-nın sanksiyalarını pozur Amerika Birləşmiş Ştatları administrasiyası hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Ina Aurus markalı avtomobili hədiyyə etməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur.
Digər ölkələr
21 Fevral , 2024 23:50
Dövlət Departamenti: Putinin Kim Çen Ina hədiyyəsi BMT TŞ-nın sanksiyalarını pozur

Amerika Birləşmiş Ştatları administrasiyası hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Ina Aurus markalı avtomobili hədiyyə etməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur.

“Report”un məlumatına görə, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi brifinqdə deyib.

“BMT Təhlükəsizlik Şurasının qətnamələri BMT-yə üzv olan bütün ölkələrdən KXDR-ə həm nəqliyyat vasitələrin, həm də dəbdəbəli avtomobillərin tədarükünə qadağa qoymağı tələb edir. Əgər bu doğrudursa, o zaman belə görünür ki, Rusiya özünün dəstəklədiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrini növbəti dəfə pozur”, - diplomat bildirib.

Qeyd edək ki, Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Putinin Kim Çen Ina Rusiya istehsalı olan avtomobil hədiyyə etdiyini bildirib. Prezidentin mətbuat katibi Dmitri Peskov KXDR rəhbərinin “Aurus” markalı avtomobil aldığını təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi