Donald Tramp teleşousundan üç dəfə qovduğu xanımı Ağ Evə gətirmək niyyətindədir

Donald Tramp teleşousundan üç dəfə qovduğu xanımı Ağ Evə gətirmək niyyətindədir Omarosa Maniqol D.Trampın seçkiqabağı kampaniyasının fəal iştirakçısı olub
Digər ölkələr
5 Yanvar , 2017 12:35
Donald Tramp teleşousundan üç dəfə qovduğu xanımı Ağ Evə gətirmək niyyətindədir

Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp elə özünün apardığı "Usta yardımçısı" teleşousunun keçmiş iştirakçısına Ağ Evdə vəzifə təklif etmək niyyətindədir.

"Report" xəbər verir ki, "Associated Press" agentliyinin məlumatına görə, Omarosa Maniqolun (Omarosa Manigault) işi administrasiyanın fəaliyyətində ictimaiyyətin iştirakı ilə bağlı olacaq. Amma vəzifənin dəqiq adı və öhdəlikləri barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, O.Maniqol D.Trampın seçkiqabağı kampaniyasının fəal iştirakçısı olub. Bundan əlavə, xanım Maniqol buna qədər artıq ABŞ administrasiyasında işləyib - demokrat-prezident Bill Klintonun aparatında o, işçi qəbulu sahəsində çalışıb, Ticarət Nazirliyinin əməkdaşı olub, eləcə də o vaxtkı vitse-prezidenti Albert Qorun ştatında köməkçi olub.

Əlavə edək ki, 2004-cü ildə "Usta yardımçısı" teleşousunun başlamasından az sonra D.Tramp onu proqramdan uzaqlaşdırıb. Şou yenidən efirə qayıdanda O.Manigol yenə layihədə yer alıb, amma daha 2 dəfə - 2011 və 2013-cü illərdə işdən azad edilib.

Son xəbərlər

Orphus sistemi