Donald Tramp ABŞ hökumətinin işinin dayanmasında demokratları günahlandırıb

Donald Tramp ABŞ hökumətinin işinin dayanmasında demokratları günahlandırıb Bakı. 20 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp federal qurumların bağlanmasına görə demokratları günahlandırıb.
Digər ölkələr
20 Yanvar , 2018 16:39
Donald Tramp ABŞ hökumətinin işinin dayanmasında demokratları günahlandırıb

Bakı. 20 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp federal qurumların bağlanmasına görə demokratları günahlandırıb.

"Report" xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində yazıb.

"Demokratlar silahlı qüvvələrimizdən və cənub sərhədimizin təhlükəsizliyindən daha çox qeyri-qanuni immiqrasiyadan narahatdırlar. Onlar asanlıqla ortaq məxrəcə gələ bilərdilər, amma bunun əvəzinə hökumətin işini dayandırmağa qərar verdilər", - D.Tramp bildirib.

Xatırladaq ki, daha əvvəl Demokratlar Partiyasının Senatdakı lideri Çak Şumer federal qurumların bağlanmasında ölkə prezidenti D.Trampın günahkar olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi