Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 124-ə çatıb - YENİLƏNİB

Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 124-ə çatıb - YENİLƏNİB Dominikan Respublikasının paytaxtında “Jet Set” gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 98-ə çatıb.
Digər ölkələr
9 aprel 2025 20:04
Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 124-ə çatıb - YENİLƏNİB

Dominikan Respublikasının paytaxtında Santo Dominqoda “Jet Set” gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 124-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Listin Diario” qəzeti Santo Dominqo Fövqəladə Hallar Xidmətinin direktoru Xuan Manuel Mendesə istinadən məlumat yayıb.

Qeyd olunur ki, 155 nəfər xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.

10:19

Dominikan Respublikasının paytaxtında “Jet Set” gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 98-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə yerli "Diario libre" qəzeti Santo-Dominqo Fövqəladə Hallar Xidmətinin direktoru Xuan Manuel Mendesin sözlərinə istinadən məlumat yayıb.

Məlumata görə, dağıntılar altında qalan insanların axtarışı davam etdirilir.

Qeyd edək ki, hadisə müğənni Rubbi Peresin konserti zamanı baş verib.

Dominikan Respublikasının Prezidenti Luis Abinader Santo-Dominqodakı gecə klubunda baş vermiş faciə ilə əlaqədar üç günlük matəm elan edib.

Orphus sistemi