Dominikan Respublikasında onlarla insan alkoqollu içkidən zəhərlənib, ölənlər var

Dominikan Respublikasında onlarla insan alkoqollu içkidən zəhərlənib, ölənlər var Onlardan 12-i ölüb
Digər ölkələr
27 Dekabr , 2017 04:32
Dominikan Respublikasında onlarla insan alkoqollu içkidən zəhərlənib, ölənlər var

Bakı. 27 dekabr. REPORT.AZ/ Dominikan Respublikasında onlarla insan alkoqollu içkidən zəhərlənib.

"Report" xəbər verir ki, bu barədə TASS agentliyi ölkənin Səhiyyə və Sosial Təminat Nazirliyinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Haiti ilə sərhəddəki qərbi Elias-Piyna vilayətində baş verib. Belə ki, tərkibində yüksək miqdarda etanolun olduğu içkidən 32 nəfər zəhərlənib. Onlardan 12-i ölüb.

Hakimiyyət orqanlarının məlumatına görə, içki Los-Kakaos şəhərində əldə edilib. Hazırda müvafiq orqanlar insanlara öldürücü içkinin kimin tərəfindən satıldığını araşdırır. 

Həmçinin Haitidə də bir neçə nəfərin analoji alkoqoldan zəhələnərək ölməsi barədə məlumat var.

Son xəbərlər

Orphus sistemi