San Dominqoda klubun damının uçması nəticəsində yaralanan 10 nəfər xəstəxanalarda ölüb. Beləliklə. ölənlərin sayı 231-ə çatıb.
"Report"un xəbərinə görə, bunu Dominikan Respublikasının daxili işlər naziri Fəridə Raful bildirib.
"İndiyədək qəzanın 231 qurbanı təsdiqlənib. 221 nəfərin meyiti hadisə yerində tapılıb. Daha on nəfər isə xəstəxanalarda ölüb", - Raful deyib.
Bundan əvvəl 218 nəfərin öldüyü bildirilirdi.
Dominikan Respublikasının Fövqəladə İdarəetmə Mərkəzinin məlumatına görə, binanın dağıntıları altından 189 nəfər sağ çıxarılıb. Onlardan azı 155-i xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Santo Dominqoda “Jet Set” klubunun damı bir həftə əvvəl konsert zamanı uçub. Dominikan Prezidenti Luis Abinader aprelin 8-dən 13-dək matəm elan edib. Xilasetmə əməliyyatları başa çatıb, dağıntılar təmizlənir, bundan sonra fəlakətin səbəbləri ilə bağlı araşdırmalara başlanılacaq.