​Dərbənddə silahlı dəstəyə qarşı əməliyyat başa çatıb

​Dərbənddə silahlı dəstəyə qarşı əməliyyat başa çatıb Hadisə yerində istintaq qrupu işləyir
Digər ölkələr
15 May , 2016 11:25
​Dərbənddə silahlı dəstəyə qarşı əməliyyat başa çatıb

Bakı. 15 May. REPORT.AZ/ Dağıstanın Dərbənd şəhərində çoxmərtəbəli binada mövqe tutmuş silahlı dəstəyə qarşı əməliyyat başa çatıb. "Report" xəbər verir ki, bu haqda "RİA Novosti" respublikanın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

"Silahlılara qarşı xüsusi əməliyyat başa çatıb. Xüsusi təyinatlılar evə giriblər. Hadisə yerində istintaq qrupu işləyir", - deyə mənbə agentliyin əməkdaşına bildirib.

Qeyd edək ki, Dərbənddəki silahlılara qarşı xüsusi əməliyyat dünəndən başlayıb. Çoxmərtəbəli binada mövqe tutmuş silahlılar şəhərin sabiq-merinin atasının qətlində şübhəli bilinirlər.

Əməliyyat zamanı 15 polis əməkdaşı yaralanıb, iki polis həlak olub.

Ölənlərdən birinin Tümendən göndərilmiş xüsusi təyinatlı milis dəstəsinin əməkdaşı olduğu bildirilir.  

Son xəbərlər

Orphus sistemi