Dallasda naməlum şəxs bar müştərilərinə atəş açıb, ölən və yaralananlar var

Dallasda naməlum şəxs bar müştərilərinə atəş açıb, ölən və yaralananlar var Ümumilikdə 4 nəfər zərər çəkib
Digər ölkələr
12 Noyabr , 2017 05:19
Dallasda naməlum şəxs bar müştərilərinə atəş açıb, ölən və yaralananlar var

Bakı. 12 noyabr. REPORT.AZ/ ABŞ-ın Texas ştatının Dallas şəhərində naməlum şəxs bar müştərilərinə atəş açıb.

“Report” xəbər verir ki, bu barədə polisin bəyanatına istinadən yerli kütləvi informasiya vasitələri məlumat yayıb.

İlkin məlumata görə, müəssisədə istirahət edən insanlar arasında mübahisə düşüb və gözlənilmədən münaqişəyə çevrilib.

Nəticədə 4 nəfər xəsarət alıb. Onlardan biri aldığı yaralardan dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi