Son 24 saat ərzində koronavirusa yoluxma hallarının yenidən aşkarlandığı Uhan şəhərinin Dusinhu rayonu orta təhlükə zonası kimi tanınıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə rayon administrasiyası məlumat yayıb.
Belə ki, 4 apreldə Uhan şəhərində koronavirusa yoluxma qeydə alınmayıb. 26 apreldə xəstəxananı sonuncu pasiyent sağalaraq tərk edib.
Lakin, Hubeydə ötən gün ( 9 may - Red) ərzində virusun 16 yeni simptomsuz daşıyıcısı aşkar olunub. Hazırda bütün əyalət üzrə həkimlərin müşahidəsi altında 616 virus daşıyıcısı var. Onlar simptomsuz koronavirus xəstələridir. Dusinhu rayonunda isə 5 nəfərdə koronavirus aşkarlanıb.
Hubeydə pandemiya ərzində 68 129 yoluxma (Uhanda 50 334 yoluxma) aşkar edilib, 63 616 insan sağalıb (Uhanda 46 464), 4 512 nəfər ölüb (Uhanda 3 869). Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.