Kerri təhlükəsizlik və terrorizmə dair danışıqlar aparmaq üçün Misirdədir

Kerri təhlükəsizlik və terrorizmə dair danışıqlar aparmaq üçün Misirdədir ABŞ dövlət katibinin ölkəsinin ən sadiq müttəfiqi olan İsrailə səfəri nəzərdə tutulmayıb
Digər ölkələr
2 Avqust , 2015 10:30
Kerri təhlükəsizlik və terrorizmə dair danışıqlar aparmaq üçün Misirdədir

Bakı. 2 avqust. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerrinin Orta Şərq turnesi davam edir. "Report" xəbər verir ki, ABŞ rəsmisi ilk olaraq Misirin paytaxtı Qahirəyə gəlib. 

ABŞ Dövlət katibinin bazar günü bir sıra görüşlər keçirəcəyi gözlənilir. Onun bazar günü Misirin Xarici İşlər naziri Sami Şukri ilə görüşü planlaşdırılıb. 

Avqustun 8-dək davam edəcək səfər çərçivəsində Con Kerrinin Qətərə və Cənub-Şərqi Asiya ölkələrinə gedəcəyi gözlənilir.

Onun Səudiyyə Ərəbistanı, Oman, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən olan həmkarları ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə İranın nüvə proqramı haqqında Vyanada imzalanan sazişlə bağlı məsələlər müzakirə olunacaq.

Turne çərçivəsində ABŞ dövlət katibinin ölkəsinin ən sadiq müttəfiqi olan İsrailə səfəri nəzərdə tutulmayıb.

Son xəbərlər

Orphus sistemi