Bakı. 8 iyul. REPORT.AZ/ Çinin Qazaxıstana yaxın bölgəsində 5,4 bal gücündə zələzələ baş verib.
"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Seysmoloji Metodik-Təcrübə Stansiyası məlumat yayıb.
Xəbərə görə, yeraltı təkanın ocağı 5 km dərinlikdə yerləşib.
Çin dağıntı və xəsarət alanlar barədə məlumat yaymayıb.