Çində yük maşını tuneldə yanıb, 5 nəfər ölüb

Digər ölkələr
  • 27 avqust, 2019
  • 18:28
Çində yük maşını tuneldə yanıb, 5 nəfər ölüb

Çərşənbə gününə keçən gecə Çinin şərqindəki Çjetszyan əyalətində sürətli avtomobil yolu üzərində yerləşən tuneldə yük maşınının yanması nəticəsində 5 nəfər aldığı travma və yanıq xəsarətlərindən ölüb, 31-i xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinhua" məlumat yayıb.

Hadisə yerinə polis və "təcili yardım" əməkdaşları cəlb olunub. Yaralılara tibbi yardım göstərilib, onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Son xəbərlər

Bütün Xəbər Lenti