Çində baş verən yol qəzasında 5 uşaq ölüb, xəsarət alanlar var - YENİLƏNİB

Çində baş verən yol qəzasında 5 uşaq ölüb, xəsarət alanlar var - YENİLƏNİB Çinin Şandun əyalətinin şərqindəki Tayan şəhərində məktəb yaxınlığında baş verən yol qəzasında azı 10 uşaq ölüb və ya yaralanıb.
Digər ölkələr
3 Sentyabr , 2024 08:49
Çində baş verən yol qəzasında 5 uşaq ölüb, xəsarət alanlar var - YENİLƏNİB

Çinin şərqindəki Şandun əyalətinin Tayan şəhərində məktəbin qapısı yaxınlığında idarəetmədən çıxan avtobus 11 nəfəri vuraraq xəsarət yetirib.

"Report"un Çin Mərkəzi Televiziyasına istinadən məlumatına görə, onların arasında beş uşaq da var.

Faciə səhər tezdən Tayan şəhərinin Dynpin kəndinin yerli məktəblərdən birinin qarşısında baş verib. Bildirilir ki, məktəb avtobusu gözlənilmədən yolun kənarı ilə təhsil müəssisəsinə gedən insanların üzərinə çıxıb. Ölənlər arasında 6 böyük və 5 uşaq var. Qəza zamanı daha 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Avtobusun sürücüsü saxlanılıb. Hadisənin səbəbləri araşdırılır.

07:51

Çinin Şandun əyalətinin şərqindəki Tayan şəhərində məktəb yaxınlığında baş verən ağır yol qəzasında azı 10 uşaq ölüb və ya yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "Xinxua" agentliyi xəbər yayıb.

Hadisə çərşənbə axşamı Tayan şəhərinin Dunpin kəndində yerli məktəblərdən birinin qapısında baş verib. Bildirilir ki, məktəb avtobusu gözlənilmədən yolun kənarı ilə təhsil müəssisəsinə gedən şagirdlərin üstünə çıxıb.

Agentlik hələ ölən və yaralananların sayı barədə dəqiq məlumat verməyib.

Hadisənin səbəbləri açıqlanmır.

Son xəbərlər

Orphus sistemi